Mask Putinlə müsahibə arzusunda olan jurnalistin həbsini istəyənlərə QƏZƏBLƏNDİ

Mask Putinlə müsahibə arzusunda olan jurnalistin həbsini istəyənlərə QƏZƏBLƏNDİ

Hazırda oxunan: Mask Putinlə müsahibə arzusunda olan jurnalistin həbsini istəyənlərə QƏZƏBLƏNDİ

177138

“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask Rusiya prezidenti Vladimir Putindən müsahibə götürmək üçün Moskvaya gələn jurnalist Taker Karlsona qarşı repressiyaları dəstəkləyənlərin həbsini tələb edib. 

Bizim.Media xəbər verir ki, müvafiq çağırışı Mask özünün “X” hesabında paylaşıb.

O, Takerin əziyyət çəkə biləcəyini deyən mühafizəkar bloqer Yan Çonqun sözlərini şərh edərək bildirib ki, bəzi amerikalı siyasətçilər və media nümayəndələri artıq tutduğu mövqeyə görə jurnalistin həbsini tələb ediblərI "Takerin həbsinə çağıranların özlərini həbs edin".
Qeyd edək ki, ötən gün Rusiyaya səfər edən Taker Karlson ölkə lideri Vladimir Putindən müsahibə almaq arzusunda olduğunu bildirib. Daha sonra amerikalı bloqer və jurnalist Aleks Cons iddia edib ki, Karlson artıq Putindən müsahibə alıb və söhbət iki saat davam edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO