Benzema yenə qalmaqal yaratdı, məşqi tərk etdi

Benzema yenə qalmaqal yaratdı, məşqi tərk etdi

Hazırda oxunan: Benzema yenə qalmaqal yaratdı, məşqi tərk etdi

177135

“Əl-İttifaq”ın hücumçusu Kərim Benzema ilə baş məşqçi Marselo Qalyardo arasında qalmaqal yaşanb. 

Bizim.Media xəbər verir ki, argentinalı mütəxəssisin qərarına əsasən komandanın düşərgəsinə gec qoşulan fransalı hücumçu fərdi məşq etməli olub. 

Bu qərardan narazı qalan Benzema məşq prosesini tərk edib. Amma hadisələr bununla bitmir. Hələ yanvarın ortalarında “Əl-İttihad”ın təlim-məşq toplanışına gec qoşulan forvard Qalyardo tərəfindən əsas heyətdən uzaqlaşdırılıb. 

Bundan başqa, Kərim dekabrın sonunda komandanın 3 məşqində də iştirak etməyib.

Qeyd edək ki, 36 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubunu tərk etmək istədiyi xəbərləri yayılıb. Hətta onun ölkənin digər aparıcı klubları ilə danışıqlar apardığı və sonda transferin baş tutmadığı qeyd edilib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO