Ramaz Nikolayşvili: “Seçkilər texniki cəhətdən çox yüksək səviyyədə təşkil olunub

Ramaz Nikolayşvili: “Seçkilər texniki cəhətdən çox yüksək səviyyədə təşkil olunub"

Hazırda oxunan: Ramaz Nikolayşvili: “Seçkilər texniki cəhətdən çox yüksək səviyyədə təşkil olunub"

177083

“Mən də çox istərdim ki, səsimi İlham Əliyevə verə bilim. Hər kəs belə prezidentinin olmasını istərdi”. 

Bizim.Media xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT PM) nümayəndəsi, Gürcüstan parlamentinin deputatı Ramaz Nikolayşvili prezident seçkilərinin ilkin nəticələrinə dair keçirilən brifinqdə bildirib. 

“Seçkilərə iki istiqamətdə yanaşıram. Birincisi, texniki cəhətdən çox yüksək səviyyədə təşkil olunmuş seçkilər idi.

Müşahidəçilərimiz bu gün bütün suallarına cavab tapdı. Hamınız artıq ilkin rəy sorğularının nəticələrini bilirsiniz, Azərbaycan xalqını təbrik edirəm. İkincisi isə, bu, Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra keçirilən ilk seçkilər idi. Bu isə böyük uğurdur. Regionumuzda digər ölkələr var ki, hələ də ərazi bütövlüyü təmin olunmayıb” - deyə deputat bildirib. 

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO