“Bu gün bir sıra sosial media platformalarında 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video yayılıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında qeyd edilib.
“Bildiririk ki, qeyd olunan video manipulyasiya məqsədi ilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır. Araşdırmalar zamanı bu videonun 2019-cu il sentyabrın 8-də başqa bir ölkədə çəkildiyi müəyyən edilib.
Son illər bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən saxta xəbərlərə qarşı respublikamızda da müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılır.
Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa çağırırıq.
Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - açıqlamada vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:16 / 07.02.2024
“Seçki ilə bağlı yayılmış video başqa ölkədə çəkilib” - RƏSMİ
Hazırda oxunan: “Seçki ilə bağlı yayılmış video başqa ölkədə çəkilib” - RƏSMİ
Hazırda oxunan: “Seçki ilə bağlı yayılmış video başqa ölkədə çəkilib” - RƏSMİ
177015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.