Ölkəmiz özüyeriyən artilleriya qurğularının tədarükü üçün Azərbaycanla müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Serbiya Prezidenti Aleksandr Vuçiç yayıb.
Məlumat, eyni zamanda “Defence Turk”ün “X” hesabında dərc edilib.
Mənbə yazır ki, söhbət Serbiya istehsalı olan təkərli şassidə dəyəri 339 milyon dollara çatan 48 ədəd 155 mm-lik “Nora B52” özüyeriyən haubitsadan gedir.
Qeyd olunub ki, “Nora B52” özüyeriyən haubitsa düşmənin şəxsi heyətini, artilleriya batareyalarını, bunkerlərini məhv etmək, həmçinin minalanmış sahələr və sahə maneələrində keçidlər təmin etmək üçün nəzərdə tutulub.
“Nora B52” haubitsa əsasən ABŞ ordusu tərəfindən istifadə edilən və döyüşə bütün quru, dəniz və hava hərbi hissələrinin daxil edilməsini nəzərdə tutan Şəbəkə Mərkəzli Müharibə sisteminin əsas avadanlıqları ilə təchiz edilib.
“Nora B52” özüyeriyən haubitsa ilk növbədə, dost qoşunları aşkar və döyüş vəziyyətini simulyasiya etməyə imkan verən, rabitəni sürətləndirən çoxsaylı sensor və radarla təchiz edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:46 / 06.02.2024
Azərbaycan Serbiyadan silah alacaq - FOTO
Hazırda oxunan: Azərbaycan Serbiyadan silah alacaq - FOTO
Hazırda oxunan: Azərbaycan Serbiyadan silah alacaq - FOTO
176807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.