Heyvan otararkən minaya düşən Həsənəli BDU-nu yüksək balla bitirib - FOTO

Heyvan otararkən minaya düşən Həsənəli BDU-nu yüksək balla bitirib - FOTO

Hazırda oxunan: Heyvan otararkən minaya düşən Həsənəli BDU-nu yüksək balla bitirib - FOTO

176764

İki gün əvvəl Tərtər rayonunun Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadənin minaya düşməsi barədə məlumat vermişdik.   

Bizim.Media “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, o, Bakı Dövlət Universitetinin məzunu olub. 

H. Əlizadə 2022-ci ildə universitetin Politologiya ixtisasını bitirib. BDU-nu ortalama 90 baldan yuxarı fərqlənmə diplomu ilə bitirən gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib. 
Qeyd edək ki, hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO