Texas ştatı Meksika ilə sərhəddə nəhəng divar tikməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Texas qubernatoru Qreq Abbott məlumat verib.
"Biz sərhədi qorumaq üçün səylərimizdən geri çəkilməyəcəyik", - deyə qubernator qeyd edib.
Qeyd edək ki, Texas hazırda öz sərhəd divarını inşa etmək qərarına gələn yeganə ABŞ ştatıdır.
Vaşinqtonda bu təşəbbüs kəskin şəkildə pislənsə də Ağ Ev məsələyə müdaxilə edə bilməyb, çünki ştatın konstitusiyası federal tələblərə məhəl qoymamağa imkan verir.
Bizim.Media