DİN Xəzər rayonunda əməliyyat keçirdi: 35 nəfər SAXLANILDI – FOTO  

DİN Xəzər rayonunda əməliyyat keçirdi: 35 nəfər SAXLANILDI – FOTO  

Hazırda oxunan: DİN Xəzər rayonunda əməliyyat keçirdi: 35 nəfər SAXLANILDI – FOTO  

176686

Yanvar ayında Xəzər rayonunda keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı və daşınmasını təşkil edən 35 nəfər saxlanılıb. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 nəfər saxlanılıb. 

Həmin şəxslərdən 4 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 
Faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO