FİDE reytinqi: Milli komandalarımız ilk onluqda

FİDE reytinqi: Milli komandalarımız ilk onluqda

Hazırda oxunan: FİDE reytinqi: Milli komandalarımız ilk onluqda

176510

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yığma komandaların reytinq cədvəlini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, fevral üçün tərtib edilən siyahıda kişi və qadınlardan ibarət millilərin qarışıq reytinqində Azərbaycan 9-cu pillədə qərarlaşır. 

Komandamızın 2483 reytinq xalı var. Bu baxımdan lider 2580 xalla Çindir. Hindistan 2-cidirsə (2571), ilk “üçlüy”ü ABŞ (2540) qapayır. 
Rusiya (2534), Ukrayna (2511), Fransa (2496), Almaniya (2491) və Polşa (2484) da yığmamızı qabaqlayırlar. Açıq reytinqdə Azərbaycan millisi 5-ci yeri tutur – 2647 əmsal. 

Komandamız yalnız müvafiq olaraq ABŞ, Hindistan, Çin və Rusiyadan geri qalır. Qadınların reytinqində isə yığmamız “10-luğ”un (2320 əmsal) “sakinidir”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO