Belarus Azərbaycanda ədliyyə islahatlarına və innovasiyalara maraq göstərir - FOTO

Belarus Azərbaycanda ədliyyə islahatlarına və innovasiyalara maraq göstərir - FOTO

Hazırda oxunan: Belarus Azərbaycanda ədliyyə islahatlarına və innovasiyalara maraq göstərir - FOTO

176422

Azərbaycan və Belarus Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən ötən ilin noyabrında ədliyyə naziri Fikrət Məmmədovun Belarusa səfəri zamanı yeni Əməkdaşlıq Proqramı imzalanaraq uğurla həyata keçirilir, faydalı təcrübə mübadiləsi aparılır.

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, lkəmizdə ədliyyə sahəsində aparılan islahatlara və tətbiq olunan yeniliklərə böyük maraq göstərilərək bu sahədə müsbət təcrübəmizlə tanış olmaq məqsədilə Belarus ədliyyə nazirinin birinci müavini xanım Nataliya Filippovanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edərək abidəsi önünə gül dəstələri qoyub, Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda etmiş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Nümayəndə heyəti Azərbaycanın ixrac edilən brendi olan “ASAN xidmət” və DOST mərkəzlərində olub, onların fəaliyyəti tanış olaraq heyranlıqlarını bildirib, dövlət xidmətləri sahəsində yeni təcrübə əldə etdiklərini söyləyiblər.

Qonaqlar rəqəmsal ədliyyə, elektron və mobil ədliyyə xidmətlərinə, süni intellektin tətbiqi ilə vətəndaşlara məsafədən eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsini mümkün edən “ƏNTEZ” xidmət platformasına böyük maraq göstəriblər. Bununla bağlı nazirlikdə geniş təqdimat keçirilib, həmçinin DOST mərkəzində “ƏNTEZ”-in fəaliyyəti ilə əyani tanışlıq olub.

Səfər zamanı Ədliyyə Nazirliyində Belarusun nümayəndə heyəti ilə ədliyyə naziri F.Məmmədovun görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əməkdaşlıq münasibətlərinin müxtəlif, o cümlədən hüquqi sahədə inkişafından məmnunluq ifadə olunub, Ədliyyə nazirlikləri arasında səmərəli qarşılıqlı fəaliyyətə toxunularaq bu əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib.

Ədliyyə naziri ötən ilin sonunda Belarusa məhsuldar səfərini xatırladıb, ölkəmizdə ədliyyə sistemində aparılan islahatlar, o cümlədən vətəndaşlara xidmət sahəsində tətbiq olunan innovasiyalar barədə məlumat verib, təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq ölkələrimiz arasında hüquqi sahədə səmərəli əməkdaşlığı vurğulayıb, Ədliyyə Nazirliyinin vətəndaşlara xidmət sahəsində fəaliyyətini yüksək qiymətləndirib.

N.Filippova səfərlə bağlı yüksək təəssüratlarını bölüşərək bildirib ki, elektron xidmətlərin tətbiqində ölkəmiz mühüm nailiyyətlər əldə edib və nazirlik tərəfindən görülən işlər, rəqəmsal innovasiyaların geniş tətbiqi heyranedicidir. Ədliyyə sisteminin rəqəmsallaşması böyük maraq doğurur və bu sahədə nailiyyətlərdən ilhamlanaraq aparılan islahatlar zamanı Azərbaycan təcrübəsindən bəhrələniləcək.

Eyni zamanda, əlaqələrimizin müxtəlif, o cümlədən qanunvericilik, notariat sahələrdə dərinləşdirilməsi üçün geniş imkanlar var və qarşılıqlı fəaliyyətin inkişafında maraqlıyıq.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixinə və Vətən müharibəsində böyük Qələbəmizə həsr olunan muzeylərlə tanış olub. Qonaqlara azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən işlər, bu prosesə ciddi əngəl törədən, çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru barədə məlumatlar verilib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO