Qvardiola:

Qvardiola: "Barselona"da yalnız futbolla məşğul olurdum, indi isə..."

Hazırda oxunan: Qvardiola: "Barselona"da yalnız futbolla məşğul olurdum, indi isə..."

176172

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Barselona"da işlədiyi vaxtları xatırlayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis həmin dövrdə istirahət vaxtlarında belə futbolla məşğul olduğunu deyib:

“Mən başlayanda sözün əsl mənasında futbola aludə idim. İndi divanda dincələ bilirəm, televizora baxıram və heç nə haqqında düşünmürəm. Bu faydalıdır, çünki belə fasilələrdən sonra geri qayıtmaq istəyi artır. Əvvəllər daim futbol haqqında düşünürdüm, mənə elə gəlirdi ki, nəyisə görmürəm. Buna görə də yanaşmam kifayət qədər peşəkar deyildi. İndi başa düşürəm ki, mən bu barədə yanılmışam”.

Qvardiola 2008-2012-ci illərdə "Barselona"nın baş məşqçisi olub.

Mütəxəssis Kataloniya klubu ilə 3 dəfə liqa, 2 dəfə Kral Kubokunu qazanıb. O, Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının da qalibi olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO