Vəzifəli şəxs qəzada ÖLDÜ 

Vəzifəli şəxs qəzada ÖLDÜ 

Hazırda oxunan: Vəzifəli şəxs qəzada ÖLDÜ 

176048

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb. 

Goranboy rayon Todan kənd sakini Ağamalı Məmmədovun idarə etdiyi avtomobillə Gəncə sakini Samir Qarayevin sürdüyü maşın toqquşub. Nəticədə A.Məmmədovun avtomobilində olan sərnişin, 1969-ci il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Qəzada həyatını itirən Şirin İbrahimov Todan Bələdiyyəsinin sədri vəzifəsində çalışırmış. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO