Sosial şəbəkələrdə görüntüləri yayılan A.C sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Qeyri-etik hərəkətləri ilə gündəmə gələn yeniyetmə xəstəxanaya YERLƏŞDİRİLDİ – RƏSMİ
O bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır.
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur.
Bizim.Media