Ermənistan iqtisadiyyatı Rusiyadan asılı qalacaq -

Ermənistan iqtisadiyyatı Rusiyadan asılı qalacaq - "Fitch"dən PROQNOZ 

Hazırda oxunan: Ermənistan iqtisadiyyatı Rusiyadan asılı qalacaq - "Fitch"dən PROQNOZ 

176032

"Fitch" kredit reytinq agentliyi Ermənistanın xarici valyuta emitetinin uzunmüddətli reytinqini “BB-“ səviyyəsində saxlayıb.

Bizim.Media xəbər verir ki, beynəlxalq agentlik həmçinin Ermənistan iqtisadiyyatının yaxın gələcəkdə Rusiyadan ciddi şəkildə asılı olaraq qalacağını proqnozlaşdırır: “Ermənistan iqtisadiyyatı ticarət və enerji baxımından Rusiyadan çox asılıdır və Fitch yaxın perspektivdə Rusiyadan əhəmiyyətli dərəcədə diversifikasiya gözləmir”.

Qeyd edilib ki, Ermənistan öz bank sektorunda Rusiya subyektlərinə qarşı Qərb sanksiyalarını həyata keçirməkdə davam edir. Buna baxmayaraq, 2021-ci ildən bəri Rusiyaya mal ixracı təxminən 300% artıb və ötən ilin ilk doqquz ayında ixracın 51%-i və idxalın 30%-i Rusiyanın payına düşüb.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO