Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş vilayətlərdə tikilməkdə olan polad evlərin birinci mərhələsi fevralın 6-da təhvil veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki məlumat verib.
Nazir kənd evlərinin görüntüsünü sosial şəbəkə hesabında paylaşaraq yazıb:
“Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün”.
Bizim.Media