Ukraynada müharibədə 9700 mülki şəxs həlak olub

Ukraynada müharibədə 9700 mülki şəxs həlak olub

Hazırda oxunan: Ukraynada müharibədə 9700 mülki şəxs həlak olub

175970

Ukrayna Milli Polisi Rusiya ilə müharibənin gedişində 9700 mülki şəxsin həlak olduğunu sənədləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Ukrayna Milli Polisinin baş istintaq idarəsinin rəhbəri Maksim Tsutskiridze bildirib.

Onun sözlərinə görə, təxminən 7 min dinc sakin itkin düşüb, ukraynalıların mənzil və əmlaklarının itkisi 40 milyard qrivnanı ötüb.

“Polis bilavasitə 9,7 min ukraynalının ölümünü sənədləşdirib, daha 11 min nəfər yaralanıb, təxminən 7 min nəfər itkin düşüb. Onların hamısı mülki şəxslərdir", - deyə Tsutskiridze qeyd edib. 
Həlak olanların 522-si, xəsarət alanların 18 mini uşaqlardır. Rusiya və Belarusa aparılan 14 min ukraynalı uşaqla bağlı iş açılıb.

Qeyd olunan rəqəmlər yalnız Rusiya tərəfindən işğal olunmayan ərazilərə aiddir.

Müharibə nəticəsində, həmçinin 3700 təhsil müəssisəsi, 1600 xəstəxana, 9000 kritik infrastruktur obyekti, 185 min yaşayış binası dağılıb və ya zədələnib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO