Meyxanaçı Samirə: “Arzu edirəm ki, qızım kimlərinsə qabağında oxuyub, pul qazanmasın” – VİDEO

Meyxanaçı Samirə: “Arzu edirəm ki, qızım kimlərinsə qabağında oxuyub, pul qazanmasın” – VİDEO

Hazırda oxunan: Meyxanaçı Samirə: “Arzu edirəm ki, qızım kimlərinsə qabağında oxuyub, pul qazanmasın” – VİDEO

175931

Meyxanaçı Samirə Yusifqızı ifaçı qızı Fərəhlə bağlı etirafı ilə diqqət çəkib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “7 tamam” verilişində qızının doğum günü münasibəti ilə arzularını dilə gətirib. 

Fərəhin 30 yaşına qədəm qoyduğunu söyləyən Samirə “Övladıma arzu edirəm ki, Allah onun qarşısına elə bir insan çıxarsın ki, o, müğənniliyi qoysun bir kənara və evinin xanımı, övladının anası olsun. Qoy, onun qabağında gəlib oxusunlar. O kimlərinsə qabağında oxuyub, pul qazanmasın.

Bu sənət dəyəri olmayan və cavanlığı sevən sənətdir. Sabah yaşa dolan zaman arxa plana keçir. İnsana da ən çox pis təsir edən və mənən öldürən bir məsələdir. İstəmirəm ki, yaşadıqlarımı o yaşasın. Səhnə arxası başqa şeylər var. Madiyyat baxımından isə görürsən ki, bu sənət ildən ilə arxaya gedir” sözlərini vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO