Restoranların müştərilərə “sadə çay” verməməsi QANUNSUZDUR?

Restoranların müştərilərə “sadə çay” verməməsi QANUNSUZDUR?

Hazırda oxunan: Restoranların müştərilərə “sadə çay” verməməsi QANUNSUZDUR?

175924

"Son vaxtlar insanların kafe, çayxana və restoranlarda aldadılması halları geniş vüsət alıb. Obyekt sahibləri müştəridən daha çox pul qopartmaq üçün müxtəlif üsullara əl atırlar”.

Bunu Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, son 5-6 ildə çay dəsgahının qiyməti 50-100 manata qədər qalxıb:

“Bir çaynik çay isə ən azı 10-15 manata təklif edilir. Təklif olunan çayın yanında müxtəlif şirniyyatlar və mürəbbələr olur. Əgər müştəri təklif olunan əlavələri qəbul etməsə, ona “sadə çay” da verilmir. Bu zaman müştərinin hansısa şirniyyatın və yaxud mürəbbənin keyifiyyətinə etiraz etmək hüququ da tanınmır. Bu da “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanunun pozulması deməkdir”.

Eyyub Hüseynov təəssüflə bildirib ki, bəzi restoranlar gülməli görünəcək qaydalar tətbiq edirlər:

“Məsələn, bəzi restoranlara insanları geyiminə görə buraxırlar. Bəzi restoranlar isə xanımsız gələnlərə əyləşməyə icazə vermir. Qadınsız gələn kişi giriş haqqı ödəməli olur. Elə restoran var ki, masaya görə əlavə pul alır. Məsələn, mənzərəyə, dənizə açılan masada əyləşən müştəri əlavə vəsait ödəmək məcburiyyətində qalır”.

Ekspert daha bir vacib məqama toxunub:

“Bir çox iaşə obyektləri müştəridən xidmət haqqı tələb edir. Bu haqq sifarişin qiymətinin ən azı 10 faizi qədər olur. Amma bəzi restoranlarda bu daha yüksək olur.

Amma bu, qanunvericiliklə tənzimlənən bir qiymət deyil. Qısa müddətli dövrdə daha çox qazanc əldə etmə təşəbbüsü göstərən sahibkarlar məhz bu cür üsullara əl atırlar. Bu cür hallar əslində təklifin azlığından, biznes təfəkkürünün tam təşəkkül tapmamasından və uzunmüddətli inkişaf strategiyasının olmamasından qaynaqlanır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO