Rəsmi İrəvan: Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycanla münasibətlərə təsir göstərəcək

Rəsmi İrəvan: Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycanla münasibətlərə təsir göstərəcək

Hazırda oxunan: Rəsmi İrəvan: Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycanla münasibətlərə təsir göstərəcək

175826

“Ermənistan və Türkiyə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi, xüsusilə üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün sərhədlərin açılması həm Ermənistan-Türkiyə münasibətlərinə, həm də Ermənistan-Azərbaycan nizamlanmasına faydalı təsir göstərə bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. 

O əlavə edib ki, sərhədlərin açılması məsələsində İrəvan Türkiyənin qərarını gözləyir, Ermənistan tərəfində isə infrastruktur tam hazırdır.

Qeyd edək ki, 2022-ci il iyulun 1-də Vyanada Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarını təmin etmək barədə razılığa gəliblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO