Xəbər verdiyimiz kimi, ötən gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Cavadov vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, şəxs əməliyyat zamanı vəfat edib:
“Göyçay Rayon Mərkəzi Xəstəxanasının Şüa diaqnostika şöbəsində rentgen-texnik vəzifəsində çalışan Göyçay rayon sakini 1961-ci il təvəllüdlü (cinsi kişi) şəxs yanvarın 29-da həkim-travmatoloq tərəfindən sol ayağın birinci barmağının distal falanqasının xroniki osteomieliti, barmağın fleqmonası, şəkərli diabet tip 2, ağır forma, sol ayağın V barmağın qazanılma olmaması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyat zamanı ağciyər arteriyasının trombemboliyası diaqnozu ilə dünyasını dəyişib”.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 30.01.2024
Göyçayda əməliyyat zamanı ölən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Göyçayda əməliyyat zamanı ölən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Göyçayda əməliyyat zamanı ölən şəxslə bağlı RƏSMİ AÇIQLAMA
175817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.