Bakıda sərxoş halda maşın sürən məmur CƏRİMƏLƏNDİ 

Bakıda sərxoş halda maşın sürən məmur CƏRİMƏLƏNDİ 

Hazırda oxunan: Bakıda sərxoş halda maşın sürən məmur CƏRİMƏLƏNDİ 

175805

Səhiyyə Nazirliyinin vəzifəli əməkdaşı sərxoş halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. 

Yol polisi əməkdaşları nazirliyin şöbə müdirinin müavini vəzifəsində çalışan R.M-in idarə etdiyi "Mercedes Benz S350" minik markalı avtomobili saxlayıb. Bu zaman 1986-cı il təvəllüdlü sürücünün sərxoş halda olması müəyyən edilib və o, həkim müayinəsindən keçirilib. Müayinə zamanı vəzifəli şəxsin qanında spirtin miqdarının 0,3 promildən artıq olması müəyyənləşib. 

Bundan sonra polis tərəfindən protokol tərtib edilib və avtomobili ilə birgə saxlanılan vəzifəli şəxs Nərimanov Rayon Məhkəməsinə göndərilib. R.M ifadəsində ABŞ-dan qonaqları gəldiyinə görə spirtli içki qəbul etdiyini bildirib və protokolla razılaşdığını qeyd edib. 
Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova protokola baxıb. Məhkəmənin qərarı ilə vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə 400 manat cərimə edilərək sərbəst buraxılıb. 

Bununla bağlı ilk məlumatı qaynarinfo.az saytı yayıb.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO