“Əlbəttə, Ermənistan hakimiyyəti Azərbaycan nümayəndə heyətinin AŞPA-dan çıxarılmasına sevinəcək. Lakin Azərbaycan nümayəndə heyətinin AŞPA-dan bir il müddətinə çıxarılmasından real heç nə gözləmək olmaz. Ən azından Azərbaycana edilə biləcək mənəvi təzyiqi indi etmək mümkün olmayacaq. Bu, sadəcə olaraq Ermənistana qarşı mənəvi bir jestdir, başqa bir şey deyil. Bunun real nəticəsi yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru, professor Artur Xaçikyan erməni mətbuatına müsahibəsində deyib.
“Bu sadəlövhlük bizim aramızda haradan qaynaqlanır, bilmirəm. Amma fransızlar və amerikalılar ətrafımızda baş verənləri fransız və amerikalılardan pul alan, cəmiyyətimizə yalan ümidlər aşılayan erməni təbliğatçılarından daha yaxşı görürlər. Birləşmiş Ştatlar aydın və səmimi şəkildə bildirir ki, Qafqazda maraqları var, amma həyati maraqları yoxdur. Niyə dinləmək və anlamaq istəmirsiniz? Biz sadəcə olaraq tarixi axmaqların xalqıyıq.
Əslində bizə mane olan odur ki, biz beynəlxalq münasibətləri uşaqcasına düşünürük.
Gürcüstanla strateji əməkdaşlığa gəlincə, Gürcüstanın xarici siyasəti Türkiyə ilə sıx bağlıdır. Gürcüstanın strategiyası Ermənistanla yox, Türkiyə ilə bağlıdır. Gürcüstandan tələb edə biləcəyimiz yeganə şey silahların Ermənistana daxil olması üçün yolların bağlanmamasıdır. Amma bu da mümkün deyil, çünki Türkiyə və Azərbaycan 44 günlük müharibə zamanı yolu bağladıqları üçün buna imkan verməyəcək.
Bu yaxınlarda fransızların özləri bildiriblər ki, Gürcüstan ərazisindən keçən “Bastion” zirehli transportyorları bir neçə həftə Gürcüstanda qalıb və buraxılmayıb. Onlara sadəcə olaraq icazə verilib, çünki ciddi hərbi texnika hesab olunmayıb və hansısa ciddi silahlar məsələsində Gürcüstanın buna icazə verib-verməyəcəyini Allah bilir.
Türkiyə dünya üçün önəmli bir ölkədir. Ermənilərə görə Türkiyə ilə heç kim mübahisə etməyəcək. Ondan əvvəl “Qarabağ”ımız olanda (Daha doğrusu, işğal ediləndə - red.) güclü idik, bizi nəzərə alırdılar. İndi bizimlə heç kim maraqlanmır. Biz teatrla, səthi layihələrlə, piarla məşğuluq. Azərbaycan isə real siyasətlə məşğuldur. Ona görə də onlar qalib gəlir, biz isə uduzuruq. Biz mənasız sözlərlə, mənasız hərəkətlərlə məşğuluq”, - deyə Artur Xaçikyan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:27 / 30.01.2024
Azərbaycan real siyasətlə məşğuldur, Ermənistan isə uduzur - Erməni professor
Hazırda oxunan: Azərbaycan real siyasətlə məşğuldur, Ermənistan isə uduzur - Erməni professor
Hazırda oxunan: Azərbaycan real siyasətlə məşğuldur, Ermənistan isə uduzur - Erməni professor
175739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.