Hüseyn Həsənovdan daha bir nənəyə JEST – VİDEO  

Hüseyn Həsənovdan daha bir nənəyə JEST – VİDEO  

Hazırda oxunan: Hüseyn Həsənovdan daha bir nənəyə JEST – VİDEO  

175648

Rusiya və MDB ölkələrində məşhurlaşan videobloger və iş adamı Hüseyn Həsənov növbəti dəfə təqdirəlayiq addımı ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, Bakı bazarlarının birinin önündən keçən Hüseyn yaşlı qadına yaxınlaşaraq ondan nənəsinə sovqat almaq üçün köməklik etməsini xahiş edib. 

Bunu eşidən yaşlı qadın böyük məmnuniyyətlə ona yardımçı olub. Bazardan meyvə-tərəvəz aldıqdan sonra bloger bildirib ki, əslində onun nənəsi uzun illərdir ki, dünyasını dəyişib. 
Bu sovqatı isə Hüseyn onun üçün aldığını dilə gətirib. Həsənovun bu sözlərindən kövrələn yaşlı qadın ona bu addımına görə təşəkkürünü bildirib. 

Həmin anları sosial şəbəkə hesabında yayımlayan Hüseynin bu hərəkəti izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO