Saxta nömrə ilə avtoxuliqanlıq edən sürücü tutuldu - VİDEO

Saxta nömrə ilə avtoxuliqanlıq edən sürücü tutuldu - VİDEO

Hazırda oxunan: Saxta nömrə ilə avtoxuliqanlıq edən sürücü tutuldu - VİDEO

175603

Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün “Land-Rover” markalı, “10-KE-815” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilib. 

Bizim.Media xəbər verir ki, sürücü idarəetməni davam etdirərək yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq hərəkətləri edib. 

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Piriyev Anar Fəqani oğlu saxlanılıb. 
Araşdırma zamanı onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının əslində “77-AX-540” olduğu, amma yol hərəkəti qaydalarını pozan zaman məsuliyyətdən yayınmaq üçün digət saxta dövlət qeydiyyat nişanından istifadə etdiyi müəyyən edilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO