Ölkəmiz Türkiyədən qorxur, Ermənistanı qorumaq üçün əsgər göndərməyəcək - Fransız politoloq

Ölkəmiz Türkiyədən qorxur, Ermənistanı qorumaq üçün əsgər göndərməyəcək - Fransız politoloq

Hazırda oxunan: Ölkəmiz Türkiyədən qorxur, Ermənistanı qorumaq üçün əsgər göndərməyəcək - Fransız politoloq

175590

“Avropa Ermənistana pulemyot daşıya bilən maşınlar göndərməkdən başqa nəsə etməyə hazırdırmı? Bu, Türkiyənin və ya Azərbaycanın qorxacağı bir silah deyil. Etiraf edim ki, bu suallara cavab verə bilmərəm. Düzünü desəm, mən skeptikəm, buna inanmıram”.

Bizim.Media xəbər verir ki, bunu Fransanın “Fiqaro” nəşrinin redaktor müavini, politoloq və ermənipərəst Jan-Kristof Buisson Ermənistan mətbuatına müsahibəsində deyib.

“Bugünkü geosiyasi vəziyyətdə, Rusiya-Ukrayna münaqişəsi kontekstində Avropanın ikinci cəbhə açmağa hazır olacağına əmin deyiləm, çünki biz gəlib ermənilərə kömək etsək, təkcə NATO üzvü olan Türkiyə ilə deyil, həm də Azərbaycanla qarşılaşacağıq. Rusiyanın hərbi mövcudluğu da bizə problem olacaq, çünki Rusiya buna göz yummayacaq.
Başqa sözlə, Ermənistanla ittifaq iki münaqişə yaratsa, Avropa düşünür ki, bu oyuna girməyə dəyərmi? Fikrimcə, Avropa müsəlman ölkələri arasında yerləşən bu kiçik adanı (Ermənistanı nəzərdə tutur) xristian anklavı hesab etməyəcək.

Çünki bu risk yeni regional münaqişəyə və hətta Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər.

Yəni sabah Ermənistana hücum etmək qərarına gəlsələr, yaxud Ermənistanda rusiyapərəst çevriliş baş versə, Avropa iki-üç min kilometr məsafədən müdaxilə edəcəkmi? Hökumətlər və hətta Fransa əhalisi də Avropa əsgərlərinin Ermənistanda niyə ölməli olduğunu başa düşəcəklər.

Yəni biz göstəririk ki, Ermənistana silah göndəririk, ona kömək edirik. Bu silahları ona görə göndəririk ki, biz Ermənistanın tərəfindəyik. Hücum etsəniz, bəlkə hərbi baxımdan da Ermənistanın yanında olacağıq. Biz əmin deyilik ki, Fransa parlamenti və xalqı Ermənistanın müdafiəsinə əsgər göndərməyə razılıq verəcək. İkincisi, hər şey (silahları nəzərdə tutur) Ukraynaya göndərildikdən sonra bizdə hansı silahların qaldığını bilmirik.

Üç min kilometr aralıda yerləşən Ermənistana hava yolu ilə gedib kömək edə biləcəyikmi? Avtomobil yolu isə Gümrüdən keçir. Orda isə Rusiyanın hərbi bazası var. Bütün bunları nəzərə alsaq, Ermənistana necə kömək edə bilərik? Bunun mümkün olduğunu düşünmürəm.

Biz fransız əsgərlərini islamçılarla döyüşmək üçün Maliyə ölməyə göndərəndə də oxşar təcrübəni yaşadıq.

Əsgərlərimizi yaxın əlaqələrimiz olan Ermənistana göndərmək mümkün idi, amma bir tərəfdən Rusiyadan, digər tərəfdən NATO üzvü olan Türkiyədən qorxduğumuz üçün bunu hələ də etməmişik.

Mən də hesab edirəm ki, Avropa, o cümlədən Fransa Türkiyədən çox qorxur, çünki Suriyadakı vətəndaş müharibəsindən sonra Türkiyədə minlərlə qaçqın var və rəsmi Ankara Avropanı qapılarını açacağı ilə hədələyir.
Fransa Senatının hökumətdən Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi tələb edən qətnaməsinə gəlincə, bu, sadəcə olaraq, arzudur. Bu arzular gerçəkləşəcəkmi? Təbii ki, yox: nə Avropa, nə də Fransa icra hakimiyyəti orqanları onları həyata keçirməyəcək, çünki sanksiyaların tətbiqinin arzu olunan nəticələrə gətirib çıxaracağına əmin deyillər. Dəyişən yeganə şey odur ki, bu gün Fransa ilə Azərbaycan arasında münasibətlərdə böyük gərginlik var”, - deyə politoloq bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO