Azərbaycanın bir sıra bölgələrinə yağış və qar yağıb.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorlogiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Qax, Kəlbəcər, Şəmkir, Şəki, Biləsuvar, Şahdağ, Goranboyda qar; Naftalan, Gəncə, Zaqatala, Bərdə, Ağdam, Tərtər, Cəfərxan, Balakən, Ağsu, İmişli, Sabirabad, Mingəçevir, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Xaçmaz, Qəbələ, Oğuz, Göyçay, Bakıda və Abşeron yarımadasında da səhər saatlarında arabir yağış yağıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 şaxta, aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub.
Bizim.Media
![Ölkənin bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA Ölkənin bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA](https://bizim.media/file/articles/2024/01/27/1706357791_4cf4b5c13707baec04419b8e40e31e73.jpg)
- A-
- A
- A+
Cəmiyyət
16:10 / 27.01.2024
Ölkənin bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Ölkənin bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Ölkənin bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
175372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.