Nisə Qasımova peşmanlığını dilə gətirdi: “Verilişlərdə xoşuma gəlməyən suallar eşidirəm” – VİDEO 

Nisə Qasımova peşmanlığını dilə gətirdi: “Verilişlərdə xoşuma gəlməyən suallar eşidirəm” – VİDEO 

Hazırda oxunan: Nisə Qasımova peşmanlığını dilə gətirdi: “Verilişlərdə xoşuma gəlməyən suallar eşidirəm” – VİDEO 

175367

Xalq artisti Nisə Qasımova efirlərə nadir hallarda çıxmasının səbəbini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, 69 yaşlı sənətkar bu haqda qonaq olduğu “Tarixin bir günü” verilişində danışıb. 

Qasımova bildirib ki, qonaq getdiyi verilişlər onu məyus və peşman edib: 

“Məni verilişlərə bir adla çağırırlar, amma sonradan aparıcılar tərəfindən xoşuma gəlməyən suallar eşidirəm. Onlara hələ xəbərdarlıq edirəm ki, “xahiş edirəm bu kimi suallar olmasın”.

Beynimlə əlaqəli məsələlər var ki, bilmədən bir söz deyərəm, sonra o sözün əziyyətini günlərlə yox illərlə çəkərəm. Məhz bu səbəbdən hər verilişə getmirəm. Heç getmək də fikrim yoxdur”. 

Qeyd edək ki, ötən il Nisə Qasımova insult keçirdiyini və bu səbəbdən danışıq qabiliyyətini və səsini itirdiyini açıqlamışdı. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO