“Azərbaycanda

“Azərbaycanda "Mercedes" və "BMW"nin satışı qadağan edilə bilər” – Komitə sədrindən AÇIQLAMA

Hazırda oxunan: “Azərbaycanda "Mercedes" və "BMW"nin satışı qadağan edilə bilər” – Komitə sədrindən AÇIQLAMA

175323

"Bu gün Almaniya Azərbaycana münasibətdə Fransadan heç də geri qalmır. Bunun müəyyən səbəbləri var. Çünki hər iki dövlət tarixən müstəmləkəçidir, dünyada ən böyük, ən dəhşətli müharibələrin iştirakçılarıdır, insan qatilləridir, faşizmin təbliğatçıları və məkanıdır. 

Buna görə də Almaniya Azərbaycan suverenliyini, Azərbaycanın inkişafını, müstəqil siyasət yeritməsini həzm edə bilmir. Bu, nəinki AŞPA-da müzakirələrdə özünü göstərir, eləcə də Almaniya kanslerinin verdiyi bir çox bəyanatlarda Azərbaycana qarşı səsləndirilən fikirlərdə aydın ifadəsini tapıb".

Bizim.Media xəbər verir ki, bu sözləri “pravda.az”a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Deputat bildirib ki, AŞPA-da məruzəçinin Almaniyadan olması yürüdülən çirkin siyasətin anti-Azərbaycan təbliğatının bir nümunəsidir: 

"Sözsüz ki, Azərbaycan da ona qarşı yürüdülən qərəzli mövqeyə, fikirlərə öz münasibətini kəskin şəkildə bildirməlidir. Dəfələrlə də bildirib. Almaniya-Azərbaycan münasibətləri əvvəlki illərdə sağlam olub. Çox təəssüf ki, son illər buna kölgə salanların sayı artıb. Bu da Almaniyanın hakimiyyət dairələrinin fəaliyyətindən, ermənipərəst qüvvələrin təsirindən irəli gəlir.

Təəssüfləndirici haldır ki, Almaniya bu yolu tutub. Azərbaycan nümayəndə heyətinin bəyanat verməsi və AŞPA-da fəaliyyətini qeyri-müəyyən vaxtda dayandırması Almaniyaya da bir mesajdır".

T.Rzayev Almaniyadan Azərbaycana maşın idxalının dayandırılması, xüsusilə "Mercedes", "BMW" markalı avtomobillərin satışının qadağan edilməsi barədə təkliflərə belə cavab verib: 

"Sözsüz ki, Almaniya ilə iqtisadi, ticarət əlaqələrimiz var. Nəinki Almaniyadan idxal olunan maşınların gətirilməsinin dayandırılması, eləcə də burada fəaliyyət göstərən müəyyən qurumların fəaliyyətinə məhdudiyyət qoyulması çox vacibdir. Almaniya bu gün Azərbaycana düşmən mövqedə dayanırsa, onun haqq-ədalət mübarizəsinə kölgə salırsa, Azərbaycan dövlətinin suverenliyinə, imicinə zərbə vurursa, sözsüz ki, Azərbaycan dövləti də kəskin şəkildə etirazını bildirməli, lazımi tədbirlər həyata keçirməlidir. 

Bu tədbirlər çoxşaxəli olmalıdır. Bütün sahələri əhatə etməlidir. İstər diplomatik, istərsə iqtisadi ticarət sahəsində, istərsə də mədəni sahələrdə özünü aydın göstərməlidir. Bu, Azərbaycan xalqı üçün təskinlik, xarici ölkələr üçün isə mövqeyimizin bir nümunəsi ola bilər".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO