Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exit-poll" keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Onun sözlərinə görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində "exit-poll" keçirəcək:
"Bu seçki məntəqələrindən 6-sı işğaldan azad edilmiş ərazilərdədir. Bunlar 84 saylı Füzuli seçki dairəsinin 75 saylı, 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Suqovuşanda yerləşən 58 saylı seçki məntəqəsi, 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı seçki məntəqəsi , 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yerləşən 14 saylı seçki məntəqəsi, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşada yerləşən 105 saylı seçki məntəqəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Ağalı kəndində yerləşən 33 saylı seçki məntəqəsidir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:33 / 26.01.2024
Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exit-poll" KEÇİRİLƏCƏK
Hazırda oxunan: Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exit-poll" KEÇİRİLƏCƏK
Hazırda oxunan: Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda "exit-poll" KEÇİRİLƏCƏK
175241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.