Ən ucqar dağ kəndinə gedən yol qardan təmizləndi – FOTO  

Ən ucqar dağ kəndinə gedən yol qardan təmizləndi – FOTO  

Hazırda oxunan: Ən ucqar dağ kəndinə gedən yol qardan təmizləndi – FOTO  

175182

Son günlər Qaxın ucqar Sarıbaş kəndinə 45-50 sm arasında qar yağması bu yaşayış məntəqəsinə gedən yollarda problemlər yaratmışdı. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, ötən gündən İlusu kəndindən başlayaraq Sarıbaşa qədər olan 7 km-lik yolda Qax rayon 13 saylı Yol İstismarı MMC-in maşın və texnikaları cəlb edilərək təmizləmə işləri aparılıb. 

Yol istismar idarəsinin mühəndisi Rövşən Heydərov bildirib ki, həyata keçirilən işlər nəticəsində Sarıbaş kəndinə gedən yol tamamilə qardan təmizlənib və hərəkətdə heç bir məhdudiyyət yoxdur. 
Xatırladaq ki, Sarıbaş kəndinin Qaxın, eləcə də respublikamızın üç ən ucqar dağ kəndlərindən biridir. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO