"Daşaltı əməliyyatı"ndan 32 il ötür

Hazırda oxunan: "Daşaltı əməliyyatı"ndan 32 il ötür

175143

Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"ndan 32 il ötür. 

Bizim.Media xəbər verir ki, əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. 

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb və yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib.

Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. 

Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib. Əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib. 
2020-ci ilin sentyabrın 27-dən başlayaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub. Noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib və "Daşaltı əməliyyatı"nın qisası alınıb.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO