“Azərbaycan kimi strateji tərəfdaşdan uzaqlaşmaq əks effekt verir” - Elçin Əmirbəyov

“Azərbaycan kimi strateji tərəfdaşdan uzaqlaşmaq əks effekt verir” - Elçin Əmirbəyov

Hazırda oxunan: “Azərbaycan kimi strateji tərəfdaşdan uzaqlaşmaq əks effekt verir” - Elçin Əmirbəyov

175129

“Azərbaycan ABŞ Komissiyasının hesabatında potensial qərəzlilik hiss edir və onun müəlliflərindən biri Danielle Saroyan Aşbahianın erməni müdafiə qrupları ilə əlaqəsi olduğunu bildirir. Eyni zamanda, ABŞ-ın bu məsələdəki mövqeyi narahatlıq doğurur. Bu mövqe dünyəvi müsəlman kimliyi olan, lakin bununla yanaşı, həm də Qərbi tanıyan ölkə kimi regional münaqişələrdə potensial vasitəçi ola biləcək Azərbaycanı bu istiqamətdə kənara qoymaq riski yaradır. Azərbaycanın Ermənistana qarşı son sülh təklifləri bu potensialı bir daha göstərir”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-ın “İnternational Policy Digest” nəşrinə müsahibəsində bildirib. 

Qeyd olunub ki, dünyanın tolerantlığa can atdığı bir şəraitdə Azərbaycan kimi strateji tərəfdaşdan uzaqlaşmaq əks effekt verir. 

Bunun əvəzində isə Qərb Azərbaycanın zəngin dini plüralizm təcrübəsindən istifadə edərək, Yaxın Şərqdə və başqa yerlərdə daha ahəngdar mövcudluq üçün səylər göstərsə, daha uğurlu alınar və faydalı olar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO