“Araz Naxçıvan” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq

“Araz Naxçıvan” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq

Hazırda oxunan: “Araz Naxçıvan” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq

175128

Həftəsonu Misli Premyer Liqasının 20-ci turunda “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını bərpa edib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçirilən məşqdə zədəli İsmail Azzaui, İqor Ribeyro və Orxan Əliyev, eləcə də “Qarabağ”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Abdulla Rzayev yer almayıblar.

Zədəlilərdən Azzauinin “Sumqayıt”la matçı buraxacağı dəqiqdir. Orxanla İqor isə həkim nəzarəti altında müalicələrini davam etdirirlər. Onların bazar günü keçiriləcək görüşə yetişdirilməsinə çalışılır.

“Araz-Naxçıvan” – “Sumqayıt” oyunu yanvarın 28-də, saat 15:00-da “Dalğa Arena”da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO