Stilist Anar: “Günayla 7 ildir ki, danışmasam da, ona söz atmamışam” - VİDEO  

Stilist Anar: “Günayla 7 ildir ki, danışmasam da, ona söz atmamışam” - VİDEO  

Hazırda oxunan: Stilist Anar: “Günayla 7 ildir ki, danışmasam da, ona söz atmamışam” - VİDEO  

175017

Dünyaca məşhur stilist Anar Ağakişiyev illərdir küsülü olduğu müğənni Günay İbrahimlidən söz açıb. 

Bizim.Media xəbər verir ki, Anar bu haqda qonaq olduğu “İncə səhər” verilişində danışıb. 

Ağakişiyev bildirib ki, 7 ildir ki, İbrahimli ilə danışmasa da, heç bir müsahibəsində ona söz atmayıb: 

“Bizdə hər şeyi ifrat dərəcəsinə çatdırıb, insanları bir-birinə qırdırırlar. Elə bir insan var ki, onunla illərdir ki, danışmıram, amma bir dəfə də olsun, ona söz atmamışam. Məsələn, müğənni Günay İbrahimli. Mən Günayla 2017-ci ildən bəri danışmıram. Bu günə qədər hansısa bir müsahibəmdə eşitmisiniz ki, mən Günaya söz atım və ya o mənə söz atsın? Xeyr, əsla belə bir şey ola bilməz. Amma elə bir şeylər var ki, kənardan gəlir qulağıma çatır. Mən də heç zaman susan deyiləm. Məcbur olub onun cavabını verirəm. Özü də “şapallaqla” cavabını qaytarıram. O da yerinə oturur. Əgər mənə desələr ki, danışmadığın insanla işləməlisən, işləyəcəyəm. Çünki bu mənim işimdir. Bizim məşhurlar deyirlər ki, verilişdə digər məşhur varsa, gəlmirəm. Bax, belə onlar özlərini batırırlar”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO