Ağ örpəkli Şəkidə QAR SEVİNCİ - FOTO

Ağ örpəkli Şəkidə QAR SEVİNCİ - FOTO

Hazırda oxunan: Ağ örpəkli Şəkidə QAR SEVİNCİ - FOTO

174962

Uzun müddətdən sonra Şəkinin küçələri hər tərəf ağ örpəyə dürünüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkəmizin turizm mərkəzlərindən biri olan Şəkidə də qar yerli sakinlər və buranı ziyarətə gələnlər tərəfindən xoş ovqatla qarşılanıb.

Səhər saatlarında şəhərdə nəqliyyatın hərəkətində bir qədər məhdudiyyət olsa da sonradan bu problem də aradan qaldırılıb.

Şəhərin Yuxarı Baş ərazisinə daha çox qar yağıb nəinki aşağılara. Şəhər sakinləri adətən Şəkiyə dekabr ayından qar yağdığını, lakin son illər iqlim dəyişikliyinə görə bu halın kecikdiyini bildiriblər.

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq hər zamankı kimi Şəkini ziyarət edən xarici ölkələrdən gələn turistlər də az deyil. Orxan bəy və bir qrup xarici turistlə də Qala qarılarının önündə qarşılaşdıq. Şəkiyə ilk dəfə qonaq gələn Orxan bəy qışın bu gözəlliyindən heyranlığını gizlətmədi. Digər tərəfdən baş çəkdikləri memarlıq abidələrinin əsrarəngizliyindən ürəkdolu danışan turist yaz-yay aylarında da buraları ziyarət edəcəyini bildirdi.
Yeri gəlmişkən qarın bir çox faydaları var. İlk növbədə qar havada yayılan virus və xəstəlikləri məhv edir. AMEA-nın Şəki Regional Elmi Mərkəzin əməkdaşı Yusif Rəhimov bildirdi ki, qar ən başlıcası dağlarda su ehtiyatını artır.

Y. Rəhimov onu da diqqətə çatdırdı ki, son illər qarın az yağması çaylarda su səviyyəsini aşağı salıb:

“Belə qarların yağması isə ancaq sevindirici bir haldır. Çünki dağlarda nə qədər bol qar olarsa gələcək üçün bir o qədər su ehtiyatı bol olacaq”.














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO