Biləsuvarda buzlu yol qəzaya səbəb oldu - Xəsarət alan var

Biləsuvarda buzlu yol qəzaya səbəb oldu - Xəsarət alan var

Hazırda oxunan: Biləsuvarda buzlu yol qəzaya səbəb oldu - Xəsarət alan var

174952

Biləsuvar rayonunda qarlı hava şəraiti ilə bağlı iki yol-nəqliyyat qəzası baş verib.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes sprinter" markalı yük avtomobili və "Nissan X-trail" markalı minik avtomobili idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.

Biləsuvar Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və maşınlar oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib.

Hadisələr nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO