“Aİ və Fransanın bəyanatlarına gəlincə, Azərbaycan və Türkiyə bizdən qat-qat ağıllıdır. Çox məntiqli və ağıllı hərəkət edirlər. Onlar avropalıların nə istədiyini görürlər və istəklərini bu ehtiyaclara görə uyğunlaşdırırlar. Bilirlər ki, Qərbin dedikləri boş sözlər, boş vədlərdir. Avropa heç nə etməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan erməni mətbuatına müsahibəsində deyib.
“Avropa, Makron, Borrell və Brüsseldən olan digər bürokratlar əvvəl sanksiyaların olmayacağını deyirdilər. Deməli sanksiya olmayacaq. Qərb qaz, neft və elektrik enerjisinə görə Azərbaycandan çox asılıdır.
Onlar Azərbaycan və Türkiyə ilə necə mübarizə aparacaqlar? Ora hərbi yardım göndərəcək və sanksiya tətbiq edəcəklər? Təbii ki, bunlar boş sözlərdir. Gəlin görək onlar hansı ciddi işləri görüblər”, - deyə politoloq bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:45 / 24.01.2024
Azərbaycan və Türkiyə bizdən qat-qat ağıllıdır - Erməni professor
Hazırda oxunan: Azərbaycan və Türkiyə bizdən qat-qat ağıllıdır - Erməni professor
Hazırda oxunan: Azərbaycan və Türkiyə bizdən qat-qat ağıllıdır - Erməni professor
174915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.