Britaniyadan böyük savaş XƏBƏRDARLIĞI – Dünya yeni müharibələrin ASTANASINDA 

Britaniyadan böyük savaş XƏBƏRDARLIĞI – Dünya yeni müharibələrin ASTANASINDA 

Hazırda oxunan: Britaniyadan böyük savaş XƏBƏRDARLIĞI – Dünya yeni müharibələrin ASTANASINDA 

174902

Görünən odur ki, 2024-cü il dünyada təkcə seçkilər ili yox, həm də müharibələr ili olacaq. Çünki 2024-cü ilə dünya çox hərarətlə daxil oldu. Əgər 2023-cü ilə biz təkcə Ukrayna-Rusiya müharibəsi ilə qədəm qoymuşduqsa, bu ilə 3 müharibə ilə ayaq basdıq. 

Bunlar Ukrayna-Rusiya müharibəsinə paralel İsrail-HƏMAS və Qırmızı dənizdəki münaqişələrdir. Bütün bunlar azmış kimi ötən həftə Pakistanla İran arasında silahlı toqquşmalar baş verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Dəyişən DÜNYA DÜZƏNİ – “Müharibələrin artması yeni həqiqətlərin “doğum sancısı”dır”


Böyük savaş xəbərdarlığı

Bir sıra siyasilər, politoloqlar qarşıdakı aylarda daha bir neçə müharibə ocağının alovlanacağını söyləyirlər. 

Böyük Britaniyanın xarici işlər nazirinin proqnozu isə bu mənada daha qorxuncdur:

"Dinc dövr başa çatıb. Beş il ərzində Rusiya, Çin, İran və Şimali Koreyanın iştirak etdiyi müharibələrlə qarşılaşa bilərik. Böyük Britaniya artıq qlobal müharibəyə hazırlaşmağa başlayıb. 2024-cü ildə hökumət ilk dəfə müdafiəyə 50 milyard funt sterlinq xərcləyəcək".

Böyük Britaniya XİN-nin məlumatı bir qədər sensasion sayılsa da heç də təəccüblü deyil. Dünyanın aparıcı ölkələri sülhdən daha çox danışsa da hərbi büdcəsini son illər kəskin şəkildə artırırlar. Məsələn, ABŞ-ın 2024-cü il üçün hərbi büdcəsi  886,3 milyard dollardır. Bu da əvvəlki illə müqayisədə 10 faiz çoxdur.

Rusiyanın hərbi büdcəsində böyümə daha çoxdur. Belə ki, rusların hərbi xərcləri 14,2 trilyon rubldur. Bu da 2023-cü ilin hərbi xərclərindən 38,6 faiz çoxdur.

Çin Xalq Respublikası 2024-cü ildəki müdafiə xərcləri 240 milyard dollar yaxındır. Bu da 2023-cü ildəki müdafiə xərclərindən 7,2 faiz çoxdur. 

Fransa da mənzərə oxşardır. Məsələn, 2019-2024-cü illər üçün hərbi xərclər 295 milyard avro nəzərdə tutulmuşdusa 2024-2030-cu illər ərzində müdafiə xərcləri bütövlükdə 400 milyard avro proqnozlaşdırılır.  Yəni hərbi xərclər 30 faizə qədər artacaq. 

Sülhdən danışanlar müharibə hazırlığında 

Bütün bu statistika onu göstərir ki, böyük dövlətlər sülhdən danışsalar da müharibəyə daha çox hazırlıq görürlər. Maraqlıdır ki, böyük dövlətlər öz ölkələrini müharibədən kənarda saxlasalar da münaqişələrdə birbaşa iştirak edirlər. Onlar  münaqişə tərəflərinə ciddi hərbi yardımlar göstərirlər. 

Məsələn, ABŞ Hind-Sakit Okean regionunda “Çini bloklamaq” üçün bu il 14,7 milyard dollar xərcləməyi nəzərdə tutur. Bu vəsaitin böyük hissəsi Tayvanın silahlandırılmasına gedəcək. Belə ki, ABŞ hakimiyyəti Tayvana 400 ədəd “Harpun” gəmi əleyhinə raketlərinin tədarükünü sürətləndirməyi və region ölkələri ilə hərbi tərəfdaşlığı genişləndirməyi planlaşdırır. 

Bundan əlavə, Tayvan Silahlı Qüvvələrinin təlimi, konsultasiyası və “institusional potensialının gücləndirilməsi” proqramı işə salınacaq. Eyni zamanda, ABŞ-ın bölgədəki hərbi təlimlərinin miqyası genişləndiriləcək və daha tez-tez baş tutacaq.
Nəzərə alaq ki, ingilis nazir 2024-cü il üçün proqnozlaşdırdığı müharibə ocaqlarından biri də Hind-Sakit Okean regionudur. Nə təsadüfdürsə ABŞ bu bölgəyə 2024-cü ildə 15 milyard dollara yaxın pul xərcləməyi planlaşdırır. Bu da o anlama gəlir ki, münaqişə ocaqlarını məhz böyük dövlətlər yaradır. Onlar müharibələrdən çox böyük iqtisadi və siyasi dividendlər əldə edirlər.

2024-cü ilin “müharibə ocaqları” siyahısında bizim üçün daha maraqlı olan ölkələr Rusiya və İrandır. Çünki biz bu ölkələrlə eyni coğrafiyanı bölüşürük. Nəzərə alaq ki, Rusiya onsuz da müharibənin içərisindədir.

Bəs, İran?

Çox təəssüf ki, Yaxın və Orta Şərqdə baş verən və baş verə biləcək bütün münaqişələrdə əsas oyunçulardan biri İrandır. Hazırda İran dolayısı ilə həm Qəzza bölgəsində, həm də Qırmızı dənizdəki münaqişələrdə iştirak edir. İsrailin baş naziri Benyamin Netanyahu bu yaxınlarda bəyan etmişdi ki, HƏMAS-ın hərbi xərclərinin 90 faizini İran ödəyir. Üstəlik, İran Pakistanla da gərginlik yaradır. 

Qeyd edək ki, İranın 2024-cü ildəki hərbi büdcəsi 13,879 milyard dollardır. İqtisadi sanksiyalar məngənəsində sıxılan bir ölkə üçün 14 milyard dollara yaxın vəsaiti hərbiyə ayırmaq olduqca düşündürücüdür. Deməli, İran Yaxın və Orta Şərqdə yeni müharibə ocaqları yaratmaqda Qərblə birgə yeni planlar cızır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO