Rusiyanın Belqorod vilayətində İl-76 hərbi təyyarəsi qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV və Rusiya hərbi zabitləri məlumat yayıb.
Mənbələr təyyarənin Ukrayna tərəfindən vurulduğunu iddia edirlər. Ancaq hələlik bununla bağlı rəsmi məlumat yoxdur.
Bölgənin rəhbəri Vyaçeslav Qladkov Telegram-da qəza barədə belə yazıb:
“Koroçanski rayonunda hadisə verirb. Hazırda ərazidə əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. İş qrafikimi dəyişib ora gedirəm. Bütün təfərrüatları sonra deyəcəm".
Xatırladaq ki, hadisədən bir neçə dəqiqə əvvəl Belqorodda raket təhlükəsi elan edilib.
Bizim.Media