Dilarə Əliyeva: “Ülviyyə Əliyeva ana olmağını hamıdan gizlədib” - AÇIQLAMA  

Dilarə Əliyeva: “Ülviyyə Əliyeva ana olmağını hamıdan gizlədib” - AÇIQLAMA  

Hazırda oxunan: Dilarə Əliyeva: “Ülviyyə Əliyeva ana olmağını hamıdan gizlədib” - AÇIQLAMA  

174887

“Keyxanım” obrazı ilə məşhurlaşan, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası, Əməkdar artist Ülviyyə Əliyeva ana olub. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Ülviyyə Əliyeva ilə əlaqə saxlasa da, aktrisa zənglərimizi cavabsız qoyub. 

Daha sonra redaksiyamızın əməkdaşı Ülviyyənin yaxın rəfiqəsi və həmkarı Əməkdar artist Dilarə Əliyeva ilə əlaqə saxlayıb. Aktrisa qısa olaraq bildirib ki, Ülviyyə anasının xəstəliyi və vəfatı ilə əlaqədar bu xəbəri hamıdan gizlədib və bu haqda danışmaq istəməyib. O bildirib ki, Ülviyyə oğluna Amin adını verib və uşaq artıq 2 aylıqdır. 
Xatırladaq ki, Əməkdar artist Ülviyyə Əliyevanın anası Zemfira Məmmədəliyeva uzun sürən xərçəng xəstəliyindən ötən ilin dekabırın 9-da dünyasını dəyişib.

Qeyd edək ki, Ülviyyə Əliyevanın ana olması xəbərini ilk olaraq olay.az saytı yayıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO