Ölkəmizdə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara REAKSİYA

Ölkəmizdə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara REAKSİYA

Hazırda oxunan: Ölkəmizdə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara REAKSİYA

174809

“Dünən və bu gün müxtəlif saytlarda Azərbaycanda zəlzələ olacağına dair müxtəlif fikirlər səsləndirilməsindən sonra bizə vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər edilib. Məlumat üçün bildirmək istəyirəm ki, bu açıqlamaları verən və özlərini seysmoloq-ekspert kimi adlandıran şəxslər ölkədə kompleks geofiziki-seysmoloji tədqiqatlar aparan və yeganə təşkilat olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışmırlar. Həmçinin onların zəlzələyə dair verdiyi açıqlamaların hansı tədqiqatlara söykəndiyi də bizə məlum deyil”. 

Bizim.Media xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

O qeyd edib ki, RSXM tərəfindən respublika ərazisində fasiləsiz olaraq 24 saat "real vaxt rejimi"ində 84 seysmik stansiyalar və 24 GPS stansiyaları vasitəsi ilə müşahidə aparılır:  

“İl ərzində respublika ərazisində geofiziki poliqonlarda maqnometrik və qravimetrik tədqiqatlar aparılır. Saniyəbəsaniyə alınan məlumatlar mərkəzin müvafiq şöbələri tərəfindən emal olunur, təhlil edilir və yalnız bundan sonra biz alınmış nəticələrə dair açıqlamalar veririk. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir. Ərazimizdə hiss olunan və hiss olunmayan, yaxud zəif hiss olunan təkanlar olur və bu seysmik zonalar üçün xarakterik haldır”. 

V. Rafiqqızı bildirib ki, dəfələrlə də qeyd edildiyi kimi zəlzələnin dəqiq proqnozu olmadığına görə, zəlzələ olacaq və olmayacaq kimi birmənalı fikir söyləmək də bu günkü günümüzdə tək bizim ölkəmizdə deyil, bütün dünyada mümkün deyil:

“Son vaxtlar başqa ölkələrdə baş verən zəlzələlərlə bağlı məlumatlarda da bu aydın göründü. Odur ki, hörmətli media mənsubları. Bu mövzu ilə bağlı məlumat və ya proqram hazırlarkən məsələnin həssaslığını nəzərə almağınızı, ümumi fikirlərə deyil tədqiqatlara əsaslanan məlumatlar yaymağınızı xahiş edirəm.
Zəlzələ ən qorxulu təbiət hadisəsi olduğuna görə həssas mövzudur və insanlarımıza bununla bağlı hər hansı məlumat verərkən hər birimizin diqqətli olmağımız vacibdir. Ayrıca, AMEA nəzdində RSXM olaraq media ilə yaxından əməkdaşlıq etdiyimiz üçün istənilən vaxt, istənilən suallarınızı bizə ünvanlaya və aparılmış tədqiqatların nəticəsi olaraq real vəziyyətə dair məlumat ala bilərsiniz. Biz hər zaman sizinlə əməkdaşlıqdan məmunuq və hər zaman da operativ dəstəyinizi hiss edirik”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO