Xəbər verdiyimiz kimi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən proses heç bir səbəb açıqlanmadan qapalı keçirildiyindən jurnalistlərin hər hansı məlumat alması da məhdudlaşdırılıb.
Açıq məhkəmə iclasının qeyri-müəyyən səbəblərə görə qapalı keçirilməsi, media nümayəndələrini məcbur etdi ki, bloqerin görüntüsünü qeydə almaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin binasının bütün giriş-çıxışlarında gözləmə mövqeyində dursunlar.
Qeyd edək ki, hadisə ötən ilin avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.
Blogerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Daha ətraflı süjetdə
Bizim.Media