Rus ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə zərbə endirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev hərbi administrasiyası yayıb.
Partlayışlar nəticəsində yanğın qeydə alınıb. Uşaq bağçası, yaşayış binası zədələnib, bir neçə maşın yanıb. Peçerski rayonunda qeyri-yaşayış binasına ziyan dəyib.
Sakinlərə həyəcan siqnalı dayanana qədər sığınacaqlarda qalmaq tövsiyə edilib.
Xarkova edilən hücum zamanı isə qaz kəməri yanıb. Şəhərətrafı ərazilərdə 4 hücum qeydə alınıb. İlkin məlumatlara görə, qəlpələrdən uşaqlar və bir qadın yaralanıb.
Başqa bir ərazidə ruslar xəstə uşaqlar üçün sanatoriya məktəbini dağıdıblar.
![](http://ssl.bizim.media/file/articles/2024/01/23/1705989619_photo_5294433686911048049_y.jpg)