Məşhur klinikada rentgen kabineti bağlandı – FOTO/VİDEO 

Məşhur klinikada rentgen kabineti bağlandı – FOTO/VİDEO 

Hazırda oxunan: Məşhur klinikada rentgen kabineti bağlandı – FOTO/VİDEO 

174683

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən “ÖMÜR” klinikasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib. 

Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb. 

 






Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO