Küveyt rəsmisi: “Azərbaycanla təhsil və səhiyyə sahələrində yaxşı əməkdaşlıq qurulub”

Küveyt rəsmisi: “Azərbaycanla təhsil və səhiyyə sahələrində yaxşı əməkdaşlıq qurulub”

Hazırda oxunan: Küveyt rəsmisi: “Azərbaycanla təhsil və səhiyyə sahələrində yaxşı əməkdaşlıq qurulub”

174658

Yanvarın 22-də Milli Məclisin Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vahid Əhmədov qonaqları Küveytdə keçirilmiş parlament seçkilərində qələbə qazanmaları münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. 

O, iki dövlət arasında münasibətlərin inkişafından söz açaraq, Azərbaycanın ərəb ölkələri, o cümlədən Küveyt ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Vahid Əhmədov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin davamlı inkişafından razılıqla danışıb, bu səfərin parlamentlərarası münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə iştirak edən Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Hicran Hüseynova, Eldar Quliyev, Əli Məsimli və Ceyhun Məmmədov iki ölkə arasında əlaqələrin tarixi və perspektivləri barədə fikirlərini bölüşüblər.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyri Küveytlə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən təhsil və səhiyyə sahələrində yaxşı əməkdaşlığın qurulduğunu, bu əməkdaşlığın genişləndirilməsi üçün daha geniş imkanların olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, iqtisadiyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycanın işğaldan azad etdiyi ərazilərində apardığı bərpa-quruculuq işləri, İslam həmrəyliyi və digər mövzularda fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO