Qərb derbisi: “Kəpəz” qələbə qazandı, “Zirə” 2-ci pilləyə qayıtdı

Qərb derbisi: “Kəpəz” qələbə qazandı, “Zirə” 2-ci pilləyə qayıtdı

Hazırda oxunan: Qərb derbisi: “Kəpəz” qələbə qazandı, “Zirə” 2-ci pilləyə qayıtdı

174630

Misli Premyer Liqasında 19-cu tur davam edir.

Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə 2 görüş keçirilib.

Əvvəlcə "Səbail" "Zirə"ni qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarını 30-a çatdıran "Zir"ə "Neftçi"ni qabaqlayaraq yenidən 2-ci pilləyə yüksəlib.

Bu gün həmçinin Qərb derbisi də oynanılıb. "Turan Tovuz" "Kəpəz"in qonağı olub. Qarşılaşma Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

22 yanvar (bazar ertəsi)

17:30. “Kəpəz” – “Turan Tovuz” - 2:1

Qollar: Ayxan Quseynov 4 (0:1), Şakir Seyidov, 25 (1:1), Martins Junior, 72 (2:1)

Qırmızı vərəqə: Faiq Hacıyev, 11 ("Turan Tovuz")

Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli

Qəbələ şəhər stadionu

15:00. “Səbail” – “Zirə” - 0:0 

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov
“ASCO Arena”

23 yanvar (çərşənbə axşamı)

16:30. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov

Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” – “Araz-Naxçıvan”

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu 

21 yanvar (bazar)

“Sabah” – “Neftçi” - 0:0

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO