Ordumuzun döyüş qabiliyyəti sıfırdır, mənəvi ruhu aşağıdır - Erməni ekspert

Ordumuzun döyüş qabiliyyəti sıfırdır, mənəvi ruhu aşağıdır - Erməni ekspert

Hazırda oxunan: Ordumuzun döyüş qabiliyyəti sıfırdır, mənəvi ruhu aşağıdır - Erməni ekspert

174599

“Ermənistan ordusunda vəziyyət əslində onların təsəvvür etmək istədiklərindən qat-qat ciddi və pisdir. Hərbçilərimizin itkilərinə səbəb olan səbəbləri təqdim etmək istərdim”.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi ekspert Ayk Naqapetyan Ermənistan mətbuatına müsahibəsində bildirib.

“Birincisi cəzasızlıq, günahkarların vaxtında aşkarlanmamasıdır.

İkincisi zəif nizam-intizam, ya da əslində nizam-intizamın olmamasıdır.

Üçüncüsü, komandir öz yerində olmadıqda, yəni istər peşə, istər təhsil, istərsə də xidmət təcrübəsi baxımından tutduqları vəzifələrə uyğun olmayan şəxslər təyin olunduqda, onların göstərdiyi nəticələr daha çox itki və uğursuzluq gətirir. Başqa sözlə, düzgün olmayan kadr siyasəti fəlakətli nəticələrə gətirib çıxarır.

Ordunun indiki rüsvayçı vəziyyətinin səbəblərindən biri də orduda baş verən insidentlərin və hadisələrin müəyyən edilməsində hüquq-mühafizə sisteminin səmərəsiz və ya zəif işləməsidir. Həm də nəzarətsizlik və ya zəif nəzarət.
Bundan əlavə, Ermənistan ordusunun döyüş qabiliyyəti sıfıra bərabərdir və mənəvi-psixoloji durumu aşağıdır. Döyüş effektivliyinin ölçülməsi vasitəsi isə hərbi təlimlərdir. 

44 günlük müharibədən sonra Azərbaycan əsasən NATO üzvü olan Türkiyə ilə ondan çox iri hərbi təlimlər keçirib, Ermənistan Silahlı Qüvvələri isə sıfır hərbi təlim keçirib.

Bu isə, bir daha deyirəm, döyüş qabiliyyətinin sıfır olması deməkdir, yəni ölkəmizin sərhədləri qorunmur, bunu Paşinyan özü də Almaniyaya rəsmi səfəri zamanı sözbəsöz sitat gətirərək demişdi:

“Biz Ermənistanın təhlükəsizliyinə təminat verə bilmərik”.

Bizim sistemli problemlərimiz var və bu hakimiyyət getsə belə, yeni hökumət bu sistemli böhranın həlli üzərində ciddi işləməli olacaq”, - deyə hərbi ekspert bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO