Həbs olunan Rüfət Hacıyev kimdir? – DOSYE 

Həbs olunan Rüfət Hacıyev kimdir? – DOSYE 

Hazırda oxunan: Həbs olunan Rüfət Hacıyev kimdir? – DOSYE 

174554

Baş Prokurorluğun açıqladığı məlumata əsasən həbs olunmuş Rüfət Hacıyev 2017-2022-ci illərdə hazırda ləğv olunan Quba Rayon Təhsil Şöbəsinin müdiri, 2022-2023-cü illərdə isə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. 

Bizim.Media xəbər verir ki, o təhsil sahəsində ilk fəaliyyətinə məktəbdə müəllim və daha sonra direktor olaraq başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Rüfət Hacıyev həbs olundu - ÖZƏL


Açıqlamada qeyd edildiyi kimi, Rüfət Hacıyev əsasən Quba Rayon Təhsil Şöbəsinin müdiri olaraq çalışdığı dövrdə işində yol verdiyi nöqsanlara görə həbs olunub. 

Məlum olduğu kimi, rayon təhsil şöbələri ləğv edilməzdən əvvəl təhsil sahəsində idarəetmə səmərəli mövcud deyildi. Təhsilin yerlərdə idarə olunması müxtəlif qurum və təşkilatlar tərəfindən həyata keçirilirdi. Maliyyələşmə isə başqa bir qurum tərəfindən aparılırdı.

Rüfət Hacıyevin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri  olaraq fəaliyyəti zamanı isə qeydə alınan neqativ hallar Elm və Təhsil Nazirliyi tərəfindən dərhal nəzarətə götürülmüş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlər görülmüş və araşdırmaların nəticəsi olaraq 2023-cü ilin noyabr ayında vəzifəsindən azad edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO