Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası yenidən manşetlərə çıxıb.
Bizim.Media “Redstreamnet”ə istinadən xəbər verir ki, buna səbəb AfD-nin aparıcı simalarının, o cümlədən, həmsədr Alis Vaydelin gizli ifrat sağçıların iclasında iştirak etməsi olub.
Bildirilib ki, iclasda “remiqrasiya” planı, milyonlarla insanın irqçi meyarlara əsaslanaraq Almaniyadan deportasiyası müzakirə edilib.
Bu, AfD-nin aparıcı siyasətçisi Börn Hökenin “Almaniya və Avropanı etnik cəhətdən homojenləşdirməyi” müdafiə etdiyi eyni plan idi. AfD-yə qarşı kütləvi etirazlar və hökumətin partiyanı qadağan etməsi ilə bağlı müzakirələr fonunda 1.300.000-dən çox insanın aqibəti müzakirə edilib.
Höke təkcə AfD-nin faşist qanadını təmsil etmir, həm də partiyanın ən nüfuzlu siyasətçisidir. O, nasist diktatoru Adolf Hitlerin təbliğat naziri Cozef Qebbelsə eyhamlarla etdiyi bədnam çıxışları ilə heç də az tanınmır. Davamlı olaraq almanların guya “məhv edilməsi” və onların “şanlı tarixi” haqqında danışır. Hökeyə görə, “əsas problem Hitlerin mütləq şər kimi təsvir olunmasıdır”.
İclasda AfD ilə yanaşı, İdentitar hərəkatın aparıcı simaları, qardaşlıq üzvləri, yüksək səviyyəli iş adamları və hətta Almaniyanın keçmiş hakim və hələ də ən populyar partiyası olan Xristian Demokrat İttifaqının (CDU) üzvləri iştirak edib.
Məhərrəm Əliyev, Bizim Media
- A-
- A
- A+
Dünya
10:22 / 22.01.2024
Almaniyada GİZLİ TOPLANTI – Milyonlarla miqrant deportasiya OLUNACAQ?
Hazırda oxunan: Almaniyada GİZLİ TOPLANTI – Milyonlarla miqrant deportasiya OLUNACAQ?
Hazırda oxunan: Almaniyada GİZLİ TOPLANTI – Milyonlarla miqrant deportasiya OLUNACAQ?
174515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.