“Qarabağ” dünya reytinqində irəlilədi

“Qarabağ” dünya reytinqində irəlilədi

Hazırda oxunan: “Qarabağ” dünya reytinqində irəlilədi

174306

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. 

Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, 702 komandadan ibarət siyahıda Azərbaycanın 3 klubu yer alıb. 

Ötən ay 84-cü yerdə olan “Qarabağ” 11 pillə irəliləyərək 73-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 145,5 xal var. “Neftçi” və “Sabah”da isə geriləyib. “Neftçi” (53,75 xal) 378-ci sıradan 469-cu sıraya “Sabah” isə (55,5 xal) 391-ci yerdən 436-cı yerə düşüb. 
Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (359 xal) başçılıq edir. “Real” (332 xal) 2-ci, “İnter” (289) 3-cüdür. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO